çərşənbə, 27 avqust 2025

BİZİM FUTBOL

“Mən keçmişə yox, gələcəyə baxıram"

07.01.2021 21:30 Oxundu 444

"Bir ildir ailəmi görmürdüm. Mənim üçün çox çətin idi. Gedib hamını - atamı, anamı, nişanlımı gördüm".
 
“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Saman Nərimancahan klubun televiziyasına açıqlamasında deyib.
 
Qış fasiləsi zamanı ölkəsinə yollanan İrandan olan yarımmüdafiəçi yaxşı dincəldiyini bildirib: "Meydanda əlimdən gələni edib, komandama köməklik göstərmək istəyirəm. Hazırda 1-ci yerdəyik. Azarkeşlərimizə çempionluq hədiyyə etmək istəyirik".
 
Nərimancahan son vaxtlar azarkeşlər tərəfindən tənqid olmasında isə belə reaksiya verdi: "Hamının fikrinə hörmətlə yanaşıram. Bəzən onlar da haqlı olaraq irad bildirirlər. Hər zaman ən yaxşı performansımı göstərməyə çalışıram. Bəzi şeylər səndən asılı olmayaraq, qarşını kəsə bilər. Amma mən keçmişə yox, gələcəyə baxıram".