çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

PSJ Draksleri göndərmək niyyətindədir

08.01.2021 10:40 Oxundu 426


Fransanın PSJ klubu qış fasiləsində satacağı ilk futbolçunu müəyyənləşdirib.

“CEMPİON.AZ” xəbər verir ki, yarımmüdafiəçi Yulian Draksler transferə çıxarılacaq.

Müqavilə müddəti mövsümün sonuna qədər olan almaniyalı oyunçu özü komandada qalmaq niyyətindədir. Lakin idman direktoru Leonardo və yeni baş məşqçi Maurisio Poçettino gələn həftə Drakslerin durumunu müzakirə edəcək və futbolçunu razı salmağa çalışacaq.

Qeyd edək ki, Yulian Draksler PSJ-yə 2017-ci ilin yanvarında Almaniyanın “Volfsburq” klubundan keçib.