çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

Penaltidən 17 qol vurub

08.01.2021 11:36 Oxundu 496


2020-ci ildə penaltidən ən çox qol vuran futbolçuların adları açıqlanıb.

“CEMPİON.AZ” xəbər verir ki, araşdırma “Top-5” liqalardakı oyunçular arasında aparılıb.

Siyahıya “Yuventus”un hücumçusu Kriştianu Ronaldo başçılıq edib. Portuqaliyalı superulduz 17 dəfə onbirmetrlik zərbədən fərqlənib. İkinci pillədə onun “Mançester Yunayted”dəki həmyerlisi Bruno Fernandeş qərarlaşıb.

İlk “üçlüy”ün son sakini isə “Latsio”nun qol silahı Çiro İmmobile olub.

Penaltidən ən çox qol vuran futbolçular:
1. Kriştianu Ronaldo (“Yuventus”) - 17 qol
2. Bruno Fernandeş (“Mançester Yunayted”) - 15
3. Çiro İmmobile (“Latsio”) - 14
4. Romelu Lukaku (“İnter”) - 10
5-9. Andrey Kramariç (“Hoffenhaym”) - 9
5-9. Cordan Veretu (“Roma”) - 9
5-9. Neymar (PSJ) - 9
5-9. Lukas Okampos (“Sevilya”) - 9
5-9. Lionel Messi (“Barselona”) - 9
10. Məhəmməd Salah (“Liverpul”) - 8.