çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

“Liverpul” gənclərə qarşı oynayacaq

08.01.2021 11:52 Oxundu 487


“Aston Villa” klubu İngiltərə kubokunun 3-cü mərhələsinin “Liverpul”la oyununa gənclərdən ibarət komanda ilə çıxacaq.

“CEMPİON.AZ” xəbər verir ki, buna səbəb əsas komandada koronavirusa yoluxanların olmasıdır.

Qarşılaşmada U-23-ün üzvləri iştirak edəcək. Komandanı oyuna Din Smit deyil, gənclərin baş məşqçisi Mark Dileyni çıxaracaq.

Qeyd edək ki, Birminhem təmsilçisi koronavirus səbəbindən “Bodimur Hit” bazasını bağlayıb və son məşqini ləğv edib. “Liverpul”la kubok görüşü bu gün baş tutmalıdır