çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

“Real”ın sükanı arxasına Raul keçə bilər

08.01.2021 12:49 Oxundu 489

İspaniyanın “Real” klubu gələcəkdə baş məşqçisi ola biləcək mütəxəssisi müəyyənləşdirib.

“CEMPİON.AZ” xəbər verir ki, Madrid təmsilçisi hazırkı baş məşqçi Zinəddin Zidandan sonra bu posta klubun əfsanəsi Raulu gətirməyi planlaşdırır.

Klub rəhbərliyi hazırda ikinci komandaya rəhbərlik edən öz yetirməsinə güvənmək qərarına gəlib. Digər namizəd Maurisio Poçettino PSJ ilə müqavilə imzaladıqdan sonra Raul madridlilərin siyahısında yeganə məşqçidir.

Qeyd edək ki, Raul 2019-cu ildən “Real”ın ikinci komandasını çalışdırır. O, yetirmələri ilə UEFA Gənclər Liqasının qalibi olub.