08.01.2021 13:25
430


İngiltərənin “Tottenhem” klubunun futbolçusu Tobi Alderveyreld Premyer Liqanı tərk etməyə hazırlaşır.
“CEMPİON.AZ” xəbər verir ki, belçikalı müdafiəçi karyerasını Niderland çempionatında davam etdirməyə yaxındır.
Tobi PSV-nin maraq dairəsindədir. Eydhoven təmsilçisi müdafiəçini qış transfer dövründə heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Alderveyreld 2015-ci ildən “Tottenhem”də oynayır. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.