çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

La Liqada oyunlar təxirə salına bilər

08.01.2021 13:50 Oxundu 427

İspaniya La Liqasında XVIII turun bütün oyunları təxirə salına bilər.

“CEMPİON.AZ” “Marca” nəşrinə istinadən xəbər verir ki, buna səbəb ölkədə hava şəraitinin əlverişsiz olmasıdır.

İspaniyada havanın kəskin soyuq keçməsi və güclü qarın yağması əksər stadionları yararsız hala salıb. Üstəlik, sabah havanın daha da pisləşəcəyi proqnozlaşdırılır. Bu isə komandaların səfər oyunu üçün uçuşlarına problem yaradır. Bütün bunları nəzərə alan La Liqa rəhbərliyi həm bir neçə matçın, həm də ümumilikdə turun təxirə salınması variantını müzakirə edir.

Qeyd edək ki, hazırkı təqvimə əsasən XVIII turun matçları 8-11 yanvar aralığında keçirilməlidir.