çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

“Mançester Yunayted” qapıçını göndərəcək

08.01.2021 14:22 Oxundu 456

İngiltərənin “Mançester Yunayted” klubu qapıçısı Serxio Romero ilə yollarını ayıracaq.

“CEMPİON.AZ” xəbər verir ki, argentinalı futbolçu qış transfer dövründə vətəninə yollanacaq.

33 yaşlı qolkiper komanda yoldaşları və klub əməkdaşları ilə vidalaşıb. Mançester təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq Romero məşqlərini də Argentinada davam etdirir.

Din Hendersonun qayıdışından sonra Premyer Liqa klubunda ikinci qapıçı statusunu da itirən Romero cari mövsüm heç bir oyunda heyətə daxil edilməyib. Onun “Boka Xuniors”a keçəcəyi gözlənilir.

Qeyd edək ki, 2015-ci ilin yayından “Mançester Yunayted”də çıxış edən futbolçu 61 matçda meydana çıxıb.