şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

“Milan” türk futbolçuya yeni müqavilə təklif etdi

08.01.2021 15:27 Oxundu 374

“Milan” futbolçusu Hakan Çalhanoğluya yeni müqavilə təklif etməyə hazırlaşır.

“CEMPİON.AZ” “Sky Sport”a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi sözləşməni imzalayacağı halda

İtaliya klubunda illik 3,5 milyon avro qazanacaq. Lakin türkiyəli oyunçu bundan iki dəfə çox maaş istəyir. “Milan” isə məbləği artırmaq niyyətində deyil.

Qeyd edək ki, Çalhanoğlu bu mövsüm “Milan”ın heyətində 22 oyuna çıxaraq, 6 qol vurub və 9 qolun ötürməsini verib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatır.