çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

Hakan Çalhanoğlu zədələnib

08.01.2021 19:56 Oxundu 440

“Milan” ciddi itki ilə üzləşib.

“CEMPİON.AZ” İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Hakan Çalhanoğlu zədələnib.

Türkiyə millisinin üzvü “Yuventus”la oyunda (1:3) ayaq biləyindən zədələnib.  Onun A seriyasının növbəti turuunda “Torino” ilə keçiriləcək oyunda iştirak etməyəcəyi bildirilir.
“Milan” – “Torino” oyunu sabah, saat 23:45-də start götürəcək.