çərşənbə, 25 mart 2026

DÜNYA FUTBOLU

Kante zədələnib

09.01.2021 10:19 Oxundu 536


İngiltərənin “Çelsi” klubunun futbolçusu Nqolo Kante zədələnib.

“CEMPİON.AZ” xəbər verir ki, bunu London təmsilçisinin baş məşqçisi Frank Lempard açıqlayıb.

O bildirib ki, yarımmüdafiəçi iki həftə yaşıl meydanlardan kənar qalacaq. Fransalı qarşıdakı matçlarda komandasına kömək edə bilməyəcək. “Çelsi” bu müddətdə “Morkem”lə kubok, “Fulhem”lə çempionat matçına çıxacaq.

Qeyd edək ki, Kante cari mövsüm Premyer Liqada 17 oyun keçirib.