09.01.2021 11:18
469

“Bavariya” Almaniya Bundesliqasında növbəti matçına çıxıb.
“CEMPİON.AZ” xəbər verir ki, Münhen təmsilçisi 15-ci turda səfərdə Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşıb. Oyun ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Borussiya” (Mönhenqladbax) – “Bavariya” – 3:2
Qollar: Levandovski, 20 pen. (0:1), Qoretska, 26 (0:2), Hofmann, 36 (1:2), 45+2 (2:2), Neuhaus, 49 (3:2)
Qeyd edək ki, "Bavariya" bu məğlubiyyətə baxmayaraq, 33 xalla Bundesliqanın turnir cədvəlində liderdir. "Borussiya" isə 24 xalla 7-cidir