çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

Serxio Aqueronu komandasında görmək istəyir

09.01.2021 13:15 Oxundu 421


PSJ “Mançester Siti”nin futbolçusu Serxio Aqueronu transfer etmək istəyir.

“CEMPİON.AZ” “Sports İllustrated”ə istinadən xəbər verir ki, Maurisio Poçettinonun baş məşqçi təyin olunmasından sonra 32 yaşlı hücumçu Paris klubunun əsas transfer hədəfi olub. 48 yaşlı mütəxəssis agentinalı oyunçunu komandasında görməyə israrlıdır.

Qeyd edək ki, Aquero bu mövsüm “şəhərlilər”in heyətində 9 matça çıxaraq, iki qol vurub.