çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

Madriddə keçirilməli olan matç təxirə salındı

09.01.2021 13:43 Oxundu 423


İspaniya La Liqası çərçivəsində bu gün  keçirilməli olan “Atletiko” – “Atletik” matçı təxirə salınıb.

“CEMPİON.AZ” qurumun saytına istinadən xəbər verir ki, buna Madriddəki pis hava şəraiti səbəb olub. Şəhərə qar yağdığına görə stadionun meydandçasında oyun üçün əlverişli şəraitin olmadığına qərar verilib.

Görüşün nə vaxt keçiriləcəyi isə məlum deyil.

Qeyd edək ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə 19:15-də başlamalı idi.