çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

Məhəmməd Salaha gedəcək?

09.01.2021 19:43 Oxundu 433


"Liverpul" hücumçusu Məhəmməd Salaha yeni bir müqavilə təklif etməyə tələsmir.

“CEMPİON.AZ” "Daily Star"a istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi hazırda bu məsələni özləri üçün prioritet hesab etmir.

Tərəflər arasında hazırkı müqavilə 2023-cü ilin yayı başa çatır.

Qeyd edək ki, misirli oyunçu bu mövsüm bütün turnirlərdə 25 oyun keçirib, 17 qol vurub və 4 qol ötürməsi verib.