09.01.2021 22:54
512

“Arsenal” icarə əsasında “Herta”da (Berlin) çıxış edən futbolçusu Matteo Genduzini geri qaytarmaq istəyir.
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Baş məşqçi Mikel Arteta komandada əsas heyət uğrunda rəqabət yaratmaq istəyir. Buna görə də “topçular” 21 yaşlı yarımmüdafiəçini bu ay geri qaytarmağı planlaşdırır.
Qeyd edək ki, Genduzinin “Herta” ilə müqaviləsi bu mövsümün sonuna qədərdir.