çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

“Real” qələbə qazana bilmədi

10.01.2021 10:33 Oxundu 460

İspaniya La Liqasında XVIII tura start verilib.

“CEMPİON.AZ” xəbər verir ki, ilk gündə nəzərdə tutulan 4 oyundan üçü keçirilib.

Yalnız “Atletiko” – “Atletik” qarşılaşması Madriddə yağan güclü qar səbəbindən təxirə salınıb.

Bol qollu alınan “Sevilya” – “Real Sosyedad” matçında ev sahibləri Yussef En Nesirinin het-triki sayəsində qələbə qazanıb.
7 turdur məğlubiyyət üzü görməyən və bunun 5-də qələbə qazanan “Barselona” “Qranada” səfərində seriyanı davam etdirib. Rəqibini darmadağın edən kataloniyalılarda dubla imza atan Lionel Messi bombardirlər yarışında birinci pilləyə yüksəlib.

“Real” isə autsayderlər zonasında qərarlaşan “Osasuna”nın müqavimətini qıra bilməyərək, növbəti dəfə xal itirib.
Turun digər oyunları yanvarın 10-11-də keçiriləcək.

İspaniya La Liqası
XVIII tur
9 yanvar
“Sevilya” – “Real Sosyedad” – 3:2
En Nesiri, 4, 7, 46 – Dieqo Karlos, 5 (avtoqol), İsak, 14
“Qranada” – “Barselona” – 0:4
Qrizmann, 12, 63, Messi, 35, 42
“Osasuna” – “Real” – 0:0
 
1  Atletiko 15 12 2 1 29-6 38
2  Real 18 11 4 3 30-15 37
3  Barselona 18 10 4 4 37-17 34
4  Vilyarreal 18 8 8 2 26-17 32
5  Sevilya 16 9 3 4 21-13 30
6  Real Sosyedad 19 8 6 5 29-16 30
7  Qranada 17 7 3 7 19-29 24
8  Selta 18 6 5 7 22-28 23
9  Atletik 18 6 3 9 21-22 21
10  Betis 17 6 2 9 20-31 20
11  Kadiz 17 5 5 7 12-21 20
12  Eybar 17 4 7 6 14-16 19
13  Levante 16 4 6 6 21-23 18
14  Alaves 17 4 6 7 15-20 18
15  Valyadolid 17 4 6 7 16-24 18
16  Xetafe 16 4 5 7 12-17 17
17  Elçe 15 3 7 5 13-18 16
18  Valensiya 17 3 7 7 23-25 16
19  Osasuna 17 3 6 8 15-25 15
20  Ueska 17 1 9 7 14-26 12