çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

“Arsenal” iki qolla tur adladı

10.01.2021 13:24 Oxundu 461

“Arsenal” İngiltərə kubokunun 1/32 final mərhələsində “Nyukasl”ı qəbul edib.

“CEMPİON.AZ” xəbər verir ki, görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Buna görə də qarşılaşmanın taleyinə əlavə vaxtda aydınlıq gəlib. 

Nəhayət hesabı 109-cu dəqiqədə “Arsenal”ın futbolçusu Emile Smitz-Roui açıb. Pier-Emerik Obameyanq isə 117-ci dəqiqədə fərqi bir qədər də artırıb və oyunun yekun nəticəsini müəyyənləşdirib- 2:0.

Beləliklə, “Arsenal” turnirin 1/16 final mərhələsinə vəsiqəni təmin edib.