10.01.2021 16:46
531
531

İngiltərənin “Arsenal” klubunun futbolçusu Lukas Torreyra karyerasını İtaliyada davam etdirə bilər.
“CEMPİON.AZ” xəbər verir ki, hazırda İspaniya “Atletiko”sunda icarədə olan yarımmüdafiəçi “Fiorentina”nın maraq dairəsindədir.
London təmsilçisi madridlilərlə icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsini istəyir. “Topçular” 24 yaşlı uruqvaylını mövsümün sonunadək Florensiya klubuna göndərməyi daha məqsədəuyğun sayır.
Qeyd edək ki, Toreyra “Arsenal”a 2018-ci ilin yayında “Sampdoriya”dan 30 milyon avroya keçib.