çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

Levandovski əfsanəvi futbolçuya çatdı

11.01.2021 12:20 Oxundu 433


Almaniya Bundesliqasının XV turunda Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşan “Bavariya” 2:3 hesabı ilə məğlub olub.

“CEMPİON.AZ” xəbər verir ki, qarşılaşma münhenlilərin hücumçusu Robert Levandovski üçün əlamətdar olub.

Bir dəfə fərqlənən polşalı forvard Bundesliqanın ilk 15 turunda 20 qol vuran ikinci futbolçu kimi tarixə düşüb. O, 1968/69 mövsümündə eyni göstəriciyə imza atan əfsanəvi Herd Müllerin rekordunu təkrarlayıb.

Qeyd edək ki, Levandovski 2020-ci ildə bir çox fərdi mükafatlara layiq görülüb, FİFA tərəfindən ilin futbolçusu seçilib.