çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

Fernandinyo MLS-ə gedir

11.01.2021 12:54 Oxundu 480

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Fernandinyo Premyer Liqa təmsilçisini tərk edəcək.

“CEMPİON.AZ” xəbər verir ki, yarımmüdafiəçi karyerasını MLS-də davam etdirməyə yaxındır.

Onun xidmətində “Nyu-York Siti” maraqlıdır. Mançester təmsilçisi təcrübəli braziliyalını heyətində görmək istəyir.

35 yaşlı cənubi amerikalı daha çox vətəninə qayıtmağın tərəfdarıdır. O, “Atletiko Paranaense”də oynamaq arzusundadır.

Qeyd edək ki, Fernandinyo cari mövsüm 16 oyunda 1 qol vurub.