cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

54 yaşlı hücumçu ilə yeni müqavilə imzalandı

11.01.2021 13:28 Oxundu 369

Yaponiyanın "Yakohama" klubu futbolçusu Kadzuesi Miura ilə müqavilənin müddətini uzadıb.

“CEMPİON.AZ” klubun rəsmi saytına istinadən xəbər verir ki, 54 yaşlı hücumçunun yeni sözləşməsi 2020/2021 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Kadzuesi Miura dünyanın ən yaşlı futbolçusu kimi tarixə düşüb.

Qeyd edək ki, 2005-ci ildən "Yakohama"da çıxış edən Miura Yaponiya yığmasının sabiq üzvüdür. Millidə  89 oyuna 55 qol vuran hücumçu 1992-ci ildə Asiya kubokunu qazanıb.