çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

“Səbail” yeni futbolçu tapıb

11.01.2021 15:16 Oxundu 479

Şimali Makedoniyanın “Vardar” klubunun futbolçusu Boyan Naydenov karyerasını Azərbaycanda davam etdirə bilər.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə “sportmedia.mk” saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə “Səbail”in maraqlandığı bildirilib.

Makedoniyalı futbolçunun başqa klubların da hədəfində olduğu, lakin onun "Səbail"ə keçmək ehtimalının daha yüksək olduğu vurğulanıb.

Qeyd edək ki, ötən ilin avqustundan “Vardar”da çıxış edən Şimali Makedoniya millisinin sabiq üzvü ölkəsində  “Horizont”, “Rabotniçki”, İranda “İstiqlal”, Misirdə “Smuxa” və Albaniyada “Laçi”də oynayıb.