çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

"Fənərbaxça" səfərdə 3 xal qazandı

11.01.2021 20:20 Oxundu 445


"Fənərbaxça" Türkiyə Superliqasında növbəti oyuna çıxıb.

“CEMPİON.AZ” xəbər verir ki, İstanbul klubu 18-ci turda səfərdə "Erzurumspor"la qarşılaşıb. Matç qonaq komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Erzurumspor" - "Fənərbaxça" - 0:3
Qollar: Mert Hakan, 45, Pelkas, 48, Sinan Gümüş, 51

Bu qələbə ilə xalını 35-ə yüksəldən "Fənərbaxça" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Beşiktaş" 35 xalla 1-ci, "Qalatasaray" 33 xalla 3-cüdür.