çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

Arteta yeni qapıçı istəyir

11.01.2021 21:58 Oxundu 455


“Arsenal”ın baş məşqçisi Mikel Arteta kluba yeni qapıçı alınmasını istəyir.

“CEMPİON.AZ” Goal.com-a istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis komandanın hazırkı əsas qolkiperi Bernd Lenonun çıxışından tam razı deyil və onun rəqabət apara biləcəyini düşünmür. Buna görə də o, yay transfer pəncərəsində “topçular”a yeni qapıçı transfer edilməsini istəyir.

Qeyd edək ki, “Arsenal” hazırda Premyer Liqanın turnir cədvəlində  23 xalla 11-ci yerdədir.