çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

Abramoviç yeni baş məşqçi gətirir

12.01.2021 13:45 Oxundu 435

“Çelsi”nin sabiq baş məşqçisi kluba qayıda bilər.

“CEMPİON.AZ” Britaniya mətbuatına istinadən xəbər verir ki, London təmsilçisinin sahibi Roman Abramoviç 65 yaşlı mütəxəssisi komandaya məşqçi olaraq gətirmək istəyir. O, Avram Qrantın təcrübə və biliyinin “zadəganlar”ın çalışdırıcısı Frank Lempard üçün kömək olacağını düşünür.

Qeyd edək ki, Qrant hazırda Hindistanın “Nort-İst Yunayted” klubunun idman direktorudur. O, 2007/8-ci illərdə “Çelsi”yə baş məşqçilik edib. Komanda Qrantla Premyer Liqada 2-ci olub və Çempionlar Liqasının finalına yüksəlib.