çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

PSJ-nin futbolçusu koronavirusa yoluxdu

12.01.2021 15:18 Oxundu 425


PSJ-nin futbolçusu Kolen Daqba koronavirusa yoluxub.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında məlumat yayılıb. 22 yaşlı müdafiəçidən götürülən koronavirus testi nümunələrinin cavablarının müsbət olduğu və fransalı oyunçunun artıq karantinə alındığı bildirilib.

Qeyd edək ki, Daqba bu mövsüm 15 matça çıxaraq, 1 qol vurub və 2 qolun ötürməsini verib.