çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

“Futbol oynamaq istədiyim iki ölkə var

12.01.2021 16:25 Oxundu 427

"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil azarkeşlərin çoxsaylı suallarını cavablandırıb.

“CEMPİON.AZ” xəbər verir ki, o, futbol karyerasını harada davam etdirmək istədiyi ilə bağlı verilən suala cavab olaraq deyib:

“Arsenal ilə müqaviləm bitdikdən sonra oynayacağam? Əlbəttə. Karyeramı başa vurmazdan  əvvəl futbol oynamaq istədiyim iki ölkə var: Türkiyə və ABŞ. Türkiyəyə getsəm, yalnız "Fənərbaxça"da çıxış edə bilərəm".

Qeyd edək ki, Özilin London təmsilçisi ilə müqaviləsi iyun ayında başa çatır. Türkəsilli alman oyunçunun adı "Fənərbaxça" ilə hallanır.