çərşənbə, 27 avqust 2025

BİZİM FUTBOL

“Qəbələ”nin futbolçusu “Rapid”ə keçib

12.01.2021 21:13 Oxundu 463
 
“Qəbələ”nin sabiq futbolçusu İviça Juniçin yeni klubu müəyyənləşib.

“CEMPİON.AZ” xəbər verir ki, ötən ilin yayında “qırmızı-qaralar”dan ayrılan xorvatiyalı müdafiəçi karyerasını Rumıniyada davam etdirəcək. 32 yaşlı futbolçu “Rapid”lə 1.5 illik müqavilə imzalayıb. Bu barədə Buxarest təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, İviça Juniç 2019-cu ilin avqustundan 2020-ci ilin iyununa qədər “Qəbələ”nin formasını geyinib. O, daha sonra Rumıniyanın CFR (Kluj) klubuna keçsə də, orada çox qalmayıb.