çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

Serxio Aquero 10 gün komandadan kənarda qalacaq

12.01.2021 22:46 Oxundu 435

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın hücumçusu Serxio Aquero haqda danışıb.

“CEMPİON.AZ” Britaniya mətbuatına istinadən xəbər verir ki, o, argentinalı futbolçunun təxminən 10 gün yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Qeyd edək ki, 32 yaşlı oyunçu koronavirusa yoluxmuş bir şəxslə təmasda olduğu üçün karantinə alınıb.