çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

Səmədov "Lokomotiv”də

12.01.2021 23:30 Oxundu 449


Rusiya millisinin sabiq üzvü Aleksandr Səmədov "Lokomotiv"ə qayıdıb.

“CEMPİON.AZ” Rusiya klubunun saytına istinadən xəbər verir ki, əslən azərbaycanlı sabiq futbolçu klubun gənclər üzrə futbolda seleksioner vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Səmədov 2005-2008 və 2012-2016-cı illərdə "Lokomotiv"də oynayıb. Ümumilikdə, klubda 215 matça çıxıb və 37 qol vurub. O, 2019-ci ilin yayında futbolçu karyerasını başa vurub.