çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

“Başakşəhər” slovakiyalı futbolçunu göndərib

13.01.2021 14:49 Oxundu 485

“Başakşəhər” futbolçusu Martin Skrtellə yollarını ayırıb.

“CEMPİON.AZ” "Hürriyət”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi ilə 36 yaşlı müdafiəçinin müqaviləsinə qaşılıqlı razılaşma əsasında xitam verilib.

Slovakiyalı oyunçu sol ayağından əməliyyat olunmuş və 6 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanmışdı. Bu səbəbdən müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçu ilə sözləşmə indidən ləğv edilib.

Qeyd edək ki, Skrtel 2019-cu ildən “Başakşəhər”də çıxış edirdi.