cümə axşamı, 21 yanvar 2021

DÜNYA FUTBOLU

Mustafa Cengiz: “Həll etdik”

14.01.2021 18:35 Oxundu 188


“Qalatasaray”ı təhvil alanda klubun 157 milyon avro borcu və transfer qadağası var idi. Ancaq bunları həll etdik”.

“CEMPİON.AZ” xəbər verir ki, bunu “Qalatasaray”ın prezidenti Mustafa Cengiz bu gün keçirilən mətbuat konfransında deyib.

“Cim-bom”un baş məşqçisi Fatih Terimlə görüşdükdən sonra media nümayəndələrinin önünə çıxan klub rəhbəri onlara qarşı sosial şəbəkələrdə haqsızlıqlar edildiyini söyləyib: “Bir neçə gündür bəzi qüvvələr böyük xaos yaratmağa çalışırlar. Onları yanlış yönləndirənlər var. Keçmişi bilməyən gələcəyi idarə edə bilməz”.

Cengiz UEFA-nın kluba kəsdiyi transfer qadağası cəzasını ləğv etdirdikləri dönəmdən də bəhs edib: “UEFA-nı ciddi qəbul etmirlər. Halbuki biz o vaxt onlara dörd gün ərzində 67 səhifəlik raport təqdim etdik. Qitə futbol qurumu tarixində ilk dəfə bir klubla ikinci dəfə maliyyə feyr-pley razılaşmasına getdi. UEFA-da yer yerindən oynadı”.