çərşənbə axşamı, 16 aprel 2024

DÜNYA FUTBOLU

Ölkə futbolunun siması

14.01.2021 19:44 Oxundu 391

Belçika Kral Futbol Assosiasiyasının 125 illiyi şərəfinə azarkeşlərlə sorğu aparılıb.

“CEMPİON.AZ” xəbər verir ki, qurum ölkə futbol tarixinin simvol şəxsini müəyyənləşdirmək üçün bu addımı atıb.

Sorğu zamanı Belçika fan-klubu üzvlərinin hər birinin səsi iki hesablanıb. Nəticədə ən çox səs toplayan “Real”ın hücumçusu Eden Azar ölkə futbol tarixinin siması seçilib. İlk “üçlüy”ün digər sakinləri müvafiq olaraq “Mançester Siti”nin sabiq müdafiəçisi Vensan Kompani və hazırkı yarımmüdafiəçisi Kevin De Bruyne olub.

Qeyd edək ki, Belçika millisi 1904-cü ildən ölkəni beynəlxalq oyunlarda və futbol turnirlərində təmsil edir.