cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

“Real” Yoviçi icarəyə verdi

14.01.2021 22:14 Oxundu 463


“Real”ın hücumçusu Luka Yoviç komandanı tərk edib.

“CEMPİON.AZ” xəbər verir ki, Madrid təmsilçisi sebiyalı futbolçunu sabiq klubu “Ayntraxt”a icarəyə göndərib. Bu barədə Frankfurt klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 2019-cu ildən "Ayntraxt"dan 63 milyon avroya “Real”a keçən Yoviç bu mövsüm müxtəlif zədələr səbəbindən La Liqada cəmi 4 oyuna çıxıb.