cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

PSJ-də 6,3 milyon avro qazanacaq

15.01.2021 13:43 Oxundu 436


Fransanın PSJ klubunun baş məşqçisi Maurisio Poçettinonun Paris təmsilçisindəki qazancı bəlli olub.

“CEMPİON.AZ” xəbər verir ki, bir müddət əvvəl almaniyalı Tomas Tuxeli əvəzləyən argentinalı ilk mövsümdə 6,3 milyon avro əldə edəcək.

Növbəti mövsümdə onun qazancı 7,5, sonra isə 8,04 milyona yüksələcək. Onun 2021/22 mövsümündəki maaşı sələfinin qazancından iki dəfə artıq olacaq.

Qeyd edək ki, PSJ Tuxelə müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün 6 milyon avro kompensasiya ödəyəcək.