cümə axşamı, 28 avqust 2025

BİZİM FUTBOL

Sabiq “Qəbələ”li ölkəmizdə oynaya bilər

15.01.2021 14:16 Oxundu 442

“Qəbələ”nin sabiq futbolçusu Luis Paulo Hilario Dodonun Azərbaycana qayıtmaq variantı yaranıb.

“CEMPİON.AZ” xəbər verir ki, Latviyanın “Liepaya” klubunun formasını geyinən 34 yaşlı vinger Premyer Liqanın iki klubunun maraq dairəsindədir.

Braziliyalı oyunçu keçmiş komandası “Qəbələ” ilə yanaşı, “Keşlə”nin gündəminə düşüb. Azərbaycana qayıtmaqda maraqlı olan futbolçunun yüksək məvacib istəməməsi də klublarda xüsusi maraq oyadıb. Dodo bununla bağlı hətta vaxtilə ölkəmizdə “Bakı”nın formasını geyinmiş “Liepaya”nın prezidenti Maris Verpakovskisi də məlumatlandırıb. Lakin latviyalılara hələlik nə “Qəbələ”, nə də “Keşlə”dən rəsmi müraciət edilib.

Qeyd edək ki, Dodo 2011-2016-cı illərdə “Qəbələ”nin şərəfini qoruyub.