cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Arteta Özilin “Fənərbaxça”ya getməsindən danışıb

15.01.2021 16:53 Oxundu 423

“Arsenal”ın baş məşqçisi Mikel Arteta futbolçusu Məsut Özilin “Fənərbaxça” ilə razılaşdığı barədə yayılan xəbərlərə münasibət bildirib.

“CEMPİON.AZ” Goal.com-a istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis 32 yaşlı yarımmüdafiəçinin keçidi üçün İsanbul təmsilçisi ilə danışıqlar apardıqlarını deyib:

“Məsutun “Arsenal”dan ayrılmağa nə qədər yaxın olduğunu bilmirəm. Amma texniki direktorumuzla “Fənərbaxça” arasında  danışıqlar gedir. Lakin hələ ortada konkret bir şey yoxdur”.

Qeyd edək ki, Özil mövsümün əvvəlində “Arsenal”ın Premyer Liqa və Avropa Liqası üçün sifariş ərizəsinə daxil edilməmişdi. Onun “topçular”la hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayına qədərdir.