cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Zəki Çelik Seriya A klublarınn hədəfində

16.01.2021 13:23 Oxundu 444

“Lill” klubunun müdafiəçisi Zəki Çelik karyerasını İtaliyada davam etdirə bilər.

“CEMPİON,AZ” xəbər verir ki, 23 yaşlı futbolçu “Roma” başda olmaqla, A seriyasının bir neçə aparıcı klubunun maraq dairəsindədir.

Fransadakı performansı ilə Liqa1-in ən yaxşı müdafiəçiləri sırasında yer alan Türkiyə millisinin üzvü üçün italyanlar 15 milyon avro xərcləməyə hazırdırlar. “Lill”in yeni rəhbərliyi oyunçusunun satışından gəlir götürməyin əleyhinə deyil.

Qeyd edək ki, Zəki Çelikin “Lill” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.