cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

“Real” müdafiəçini 20 milyona satır

17.01.2021 13:43 Oxundu 448


İspaniyanın “Real” klubu Alvaro Odriosolanı satmağa qərar verib.

“CEMPİON.AZ” xəbər verir ki, Madrid təmsilçisi özünə lazım olmayan futbolçu üçün yüksək məbləğ tələb edir.

La Liqa klubu müdafiəçi üçün 20 milyon avro qiymət qoyub. Ötən mövsüm Almaniya “Bavariya”sında icarədə olan Alvaro nə Bundesliqada, nə də “Real”da oyun praktikası qazana bilmir.

Qeyd edək ki, müdafiəçi cari mövsüm yalnız 1 matçda meydana çıxıb.