cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Zidandan uğursuzluq

17.01.2021 22:52 Oxundu 408

Son oyunlarda uğursuz çıxış edən "Real"ın baş məşqçisi Zinəddin Zidan anrtirekorda imza atıb.

“CEMPİON.AZ” xəbər verir ki, İspaniya superkubokunun yarımfinal mərhələsində “Atletik”ə məğlub olaraq (1:2) mübarizəni dayandırdığı oyun Madrid klubunun cari mövsümdəki 25-ci matçı olub.

“Real” bu oyunların 14-də qalib gəlib, 6 dəfə məğlub olub və 5 dəfə bərabərliyə razılaşıb. Bu göstərici baş məşqçi Zinəddin Zidanın fəaliyyəti dövründə ən pis başlanğıcdır.

Qeyd edək ki, La Liqada 18 oyundan sonra 37 xal toplayan “Real” turnir cədvəlinin 2-ci pilləsindədir.