cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Messini ağır cəza gözləyir

18.01.2021 11:21 Oxundu 455

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messini ağır cəza gözləyir.

“CEMPİON.AZ” xəbər verir ki, Superkubokun “Atletik”lə final oyununda (2:3) birbaşa qırmızı vərəqə alan hücumçu hətta 12 matçlıq diskvalifikasiya edilə bilər.

O, əlavə vaxtın sonlarında rəqib müdafiəçi Asyer Vilyalibreninin başına arxadan zərbə vurduğu üçün meydandan qovulub. O, Əsasnamənin 98-ci maddəsinə əsasən 4-12 oyun cəza alacaq.

Qeyd edək ki, Messi 753 oyunluq klub karyerasında ilk dəfə qırmızı vərəqə alıb.