cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

“Milan”  müdafiəçini icarəyə verdi

18.01.2021 12:55 Oxundu 451

İtaliyanın “Milan” klubunun futbolçusu Andrea Konti “Parma”ya keçib.

“CEMPİON.AZ” xəbər verir ki, sağ cinah müdafiəçisi icarəyə verilib.

Anlaşmada 26 yaşlı müdafiəçinin icarədən sonra 7 milyon avroya transfer olunması öhdəliyi də qeyd olunub. “Parma” Konti ilə 4,5 illik şəxsi müqaviləni də razılaşdırıb.

Qeyd edək ki, müdafiəçi cari mövsüm 2 oyun keçirib.