cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

“Barselona” və “Bavariya” 19 yaşlı futbolçunu istəyirlər

18.01.2021 13:52 Oxundu 479

“Zalsburq” klubunun hücumçusu Kərim Adeyemi Avropa nəhənglərinin maraq dairəsinə düşüb.

“CEMPİON.AZ” xəbər verir ki, almaniyalı forvardın İspaniya və ya ölkəsi Almaniyaya köçmək variantı yaranıb.

Çünki “Barselona” və yetirməsi olduğu “Bavariya” 19 yaşlı forvardı transfer etmək üçün mübarizəyə girişib. Ötən ilin yayında “Çelsi”yə keçməkdən imtina edən Adeyemi yeni təklifləri hələlik cavabsız qoyub.

Qeyd edək ki, 2018-ci ildən “Zalsburq”un şərəfini qoruyan Kərim Adeyeminin klubla müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.