cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

“Fənərbaxça” özildən sonra “Real”ın futbolçusu ilə maraqlanır

18.01.2021 14:47 Oxundu 441

Almaniya millisinin sabiq futbolçusu Məsut Özili transfer edən Türkiyənin “Fənərbaxça” klubu heyətinə daha bir ulduz qatmağı planlaşdırır.

“CEMPİON.AZ” xəbər verir ki, İstanbul təmsilçisi Eden Azarın xidmətində maraqlıdır.

Super Liqa təmsilçisi Belçika millisinin və İspaniya “Real”ının ulduzunu mövsümün sonunadək icarəyə götürmək niyyətindədir. “Fənərbaxça” Madrid təmsilçisində özünü yaxşı göstərə bilməyən yarımmüdafiəçidən faydalanmaq arzusundadır.

Qeyd edək ki, Azar cari mövsüm La Liqada 6 oyunda 1 qol vurub.