18.01.2021 16:51
475


İtaliyanın “Atalanta” klubunun futbolçusu Sem Lammers karyerasını A seriyasının digər komandasında davam etdirməyə yaxındır.
“CEMPİON.AZ” xəbər verir ki, niderlandlı hücumçu “Cenoa”ya keçir.
Genuyalılar 23 yaşlı forvardla hücum xəttini gücləndirmək niyyətindədir. “Atalanta”da ciddi rəqabətlə üzləşən Lammers oyun praktikası qazanmaqda çətinlik çəkir.
Qeyd edək ki, Sem A seriyasının cari mövsümündə 10 oyunda 2 qol vurub.