cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

YarımmüdafiəçiBornmuta keçir

18.01.2021 17:26 Oxundu 455


İngiltərə millisinin və “Arsenal”ın sabiq futbolçusu Cek Uilşirin karyerasını davam etdirə biləcəyi klub müəyyənləşib.

“CEMPİON.AZ” xəbər verir ki, yarımmüdafiəçi “Bornmut”a keçir.

29 yaşlı futbolçu ötən ilin oktyabrından düşərgəsində məşq keçdiyi Çempionşip təmsilçisi ilə müqavilə imzalamağa yaxındır.

Uilşirin son klubu “Vest Hem” olub. O, oktyabrın əvvəlində bu komandadan ayrılıb.

Qeyd edək ki, 2010-16-cı illərdə yığmada oynamış Uilşir “Vest Hem”dən öncə 10 ilə yaxın “Arsenal”ın şərəfini qoruyub.