cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

“Çelsi”nin futbolçusu “Kasımpaşa”da

18.01.2021 20:42 Oxundu 465

Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

“CEMPİON.AZ” xəbər verir ki, Superliqa təmsilçisi “Çelsi”dən Denni Drinkuoteri heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında İstanbul klubunda çıxış edəcək.

Qeyd edək ki, Drinkuoter 2017-ci ildə 37 milyon avro qarşılığında “Çelsi”yə keçmişdi. Yarımmüdafiəçi son olaraq icarə əsasında “Aston Villa”da çıxış edib.