18.01.2021 22:35
463
463

Almaniyanın “Bavariya” klubunun futbolçusu Angelo Ştilerin gələcək karyerasına aydınlıq gəlib.
“CEMPİON.AZ” xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi “Hoffenhaym”la müqavilə imzalayıb.
Ştiler yayda yeni klubuna qoşulacaq. O, “Hoffenhaym”a azad agent kimi keçəcək. Angelonun müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.
Qeyd edək ki, Ştiler cari mövsüm “Bavariya”da 3 oyun keçirib.