cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Seriya A klubu məşqçini istefaya göndərib

19.01.2021 11:46 Oxundu 459


“Torino” baş məşqçisi Marko Campaulo ilə yollarını ayırıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanın son oyunlarda pis nəticələr göstərdiyi üçün 53 yaşlı mütəxəssisin istefaya göndərildiyi bildirilib. Turin təmsilçisi Campaulonun baş məşqçiliyi altında 18 matçdan sonra 13 xal toplayıb və 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, isveçrəli çalışdırıcı ötən ilin avqust ayından “Torino”da işləyir.